Borcu olanlar, işıqsız qalacaqsız!

Borcu olanlar, işıqsız qalacaqsız!

4 İyul 2013 11:25
Bəyəndim (0) Bəyənmədim (0)

"Bakıelektrikşəbəkə" ASC enerji haqlarının vaxtlı-vaxtında ödənməməsi ilə bağlı abonentlərə xəbərdarlıq edib. "Bakıelektrikşəbəkə"-dən Oxumeni.az-a verilən məlumata görə, görülən işlər nəticəsində şəbəkənin gücü günü-gündən artırılır, yarana biləcək problemlərin dərhal aradan qaldırılması üçün bütün lazımi tədbirlər görülür: "Bütün bunlara baxmayaraq, bəzi abonentlər istifadə etdikləri elektrik enerjisi haqlarını vaxtlı vaxtında ödəmirlər. "Bakıelektrikşəbəkə" ASC -nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı iyulun 8-də saat 12:00- dən etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq. Borcunu qeyd olunan müddətdə ödəməyənlərin elektrik enerjisi təchizatını dayandıracaq əməkdaşlar tərəfindən abonentlərə heç bir güzəşt edilməyəcək".

ASC-dənm bildirilib ki, elektrik enerjisi təchizatı dayandırılan abonentlərin borclarını ödədikdən sonra təkrar şəbəkəyə qoşulmaları bir neçə gün ərzində mümkün olacaq ki, bu da abonentlərə müəyyən problemlər yaradacaq. Abonentlərin elektrik enerjisi təchizatı ilə bağlı hər hansı problem yaşamamaları üçün istifadə etdikləri elektrik enerjisi haqlarını dərhal ödəmələri xahiş olunur. Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, ASC-nin ödəmə məntəqələrində, həmçinin internet saytımız (www.bes.az)vasitəsilə "onlayn" olaraq həyata keçirilir.

O.M.