Kompyuter oyunu bir qardaşı məzara, digərini həbsxanaya göndərdi

Kompyuter oyunu bir qardaşı məzara, digərini həbsxanaya göndərdi

4 İyul 2013 09:34
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycanda 17 yaşlı gənc kompyuterə görə kiçik qardaşını öldürüb

Xaçmaz rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Apa-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonu, Hülövlü kənd sakini, 17 yaşlı Tamerlan Nizamov iyulun 3-də axşam saatlarında 14 yaşlı qardaşı Nizam Nizamova 5 bıçaq zərbəsi vurub. N. Nizamov hadisə nəticəsində dünyasını dəyişib. Mübahisə edən övladlarını ayırmağa çalışan 68 yaşlı Eynulla Nizamov da əlindən bıçaq zərbəsi alıb. E. Nizamova Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında ilkin yardım göstərildikdən sonra o, ambulator müalicəyə buraxılıb.Qohumlarının verdiyi məlumata görə, qardaşlar arasında mübahisə kompyuter oyunu üstündə yaranıb. Hər iki qardaşın 2-ci qrup əlil və ruhi xəstə kimi qeydiyyatda olduğu bildirilir.Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılır.

O.M.