Vüsalə Hüseynli: ""Oxu Məni" uğurlu yol keçib"

Vüsalə Hüseynli: ""Oxu Məni" uğurlu yol keçib"

3 İyul 2013 16:08
Bəyəndim (0) Bəyənmədim (0)
Təbriklər!!!

"Oxu Məni" qəzetinin ünvanına gələn təbriklər saysız-hesabsızdır. O önəmli təbriklərdən biri də "Demokratik İslahatçı Gənclər" İctimai Birliyinin sədri, elə bir vaxtlar sözügedən qəzetdə çalışan Vüsalə Hüseynliyə aiddir:

"Bu gün "Oxu məni"nin 15 yaşı tamam olur. "Oxu məni" fəaliyyətinin ilk illərində cəmiyyətə siyasi qəzet kimi qatılmasa da, əyləncə, maarifləndirmə və mədəniyyətimizin təbliği ilə bağlı uğurlu bir yol keçib. Bu gün zamanında tələbə ikən "Oxu məni"də işləyənlərin əksəriyyəti indi başqa sahələrdə dövlətimizə, millətimizə töhfə verərək fəaliyyət göstərirlər. İstənilən halda "Oxu məniı gənclər üçün bir məktəb sayıla bilər. İlk addımlarını orda atanların əksəriyyəti üçün bu qəzet bir ailə rolunu oynayıb. Mən bir daha qəzetin təsisçilərini, köhnə və yeni kollektivini təbrik edirəm. Uğurlar diləyirəm. Ad gününüz mübarək!

Hazırladı: Könül Aypara