Metroda əlillərin yolunda mağaza tikilib

Metroda əlillərin yolunda mağaza tikilib

3 İyul 2013 15:13
Bəyəndim (0) Bəyənmədim (0)

Metronun Koroğlu stansiyasında əlillərin hərəkəti üçün nəzərdə tutulan yolu bağlayıblar.

Stansiyanın giriş pilləkanlarının əlillərin istifadəsi üçün nəzərdə tutulan hissəsində mağaza quraşdırılıb.

Maraqlıdır, Metropolitenin biznes maraqları əlillərin hərəkətini məhdudlaşdıracaqdısa, bu pilləkanlar niyə quraşdırılıb?

Qurumun mətbuat xidmətinin rəhbəri Nəzakər Tarıverdiyeva məsələyə münasibət bildirməkdən imtina etdi.

Qeyd edək ki, bir neçə il öncəyə qədər nəqliyyat vasitələrindən əlillərin rahat istifadə imkanlarının olmaması müzakirə mövzusu idi.

O.M.