"Oxu Məni" qəzetinin 15 illiyidir!

"Oxu Məni" qəzetinin 15 illiyidir!

3 İyul 2013 13:52
Bəyəndim (0) Bəyənmədim (0)
Təbriklər!!!

Bu gün Azərbaycan Nəşriyyatına əyləncəli qəzet kimi möhürünü vurmuş və 1998-ci il iyul ayının 3-dən bəri fəaliyyətini dayanmadan davam etdirən "Oxu Məni" qəzetinin ad günüdür! Yenilikləri, eksklüziv xəbərləri, operativliyi, maraqlı müsahibələri, jurnalist araşdırmaları ilə daima OXUcu kütləsinin sevgisini qazanmış qəzetin 15 illiyi ilə bağlı gələn təbriklərin ardı-arası kəsilmək bilmir. Yubileyimizlə əlaqədar redaksiyamıza zəng vuran məşhurların arzularını diqqətinizə çatdırırıq:

Əməkdar artist Mətanət İsgəndərli: - "Oxu Məni"nin mənim yaradıcılığımda böyük rolu var. Daima işıqlandırıblar yaradıcılığımı. Düzdür, bəzən şəxsi işlərimdən də yazıblar, ancaq inciməmişəm. Bu da olmalıdır. Bütün işçilərinizi, yaradıcı kollettivinizi təbrik edirəm! Uğurlar! O gün olsun 55 illiyinizi təbrik edim.

Əməkdar artist Baloğlan Əşrəfov: - Belə çıxır ki, biz 15 ildir ki, dostuq? Necə gözəl! Təbrik edirəm bu il də. Rəhbərlikdən tutmu. Oxucu kütləsinə kimi. Həmin daimi oxucularınızdan biri də mənən. Mən "Oxu Məni" qəzetinə abunəyəm. Bütün yenilikləri bu qəzetdən əldə edirəm. Ad gününüz mübarək! Neçə belə gözəl illərə!!!

Yusif Mustafayev: - "Oxu Məni" qəzeti elə bilirəm öz qəzetimdir. Ordakı işçilərin çoxu mənim qonşularımdır. Hamınızı bağrıma basıb, ad gününüzü təbrik edirəm! Uzunömürlü olasınız!

Sevda Rzayeva: - Ad gününüz mübarək. Düzdür, bir dəfə "Oxu Məni" ilə aramda narazılıq olmuşdu, ancaq necə deyərlər, çəkişməsən, bərkiməzsən. 15 yaşınız mübarək!

Cavan Zeynallı:- Oooo, "Oxu Məni"!!! Harda qeyd edəcəksiniz? Gələk təbrik edək. Ancaq qoy mən də arzumu bildirim də. Deməli, 15 ildir ki, şou xəbərləri, yenilikləri bu qəzetdən oxuyuruq. Siz bizim üçün çalışmısınız. Biz də gərək bu qəzeti alıb oxuyaq ki, əməyiniz heçə getməsin. Ad gününüz mübarək!

Xalq artisti Səməd Səmədov: - "Oxu Məni" həmişə məni dəstəkləyib. Unudulmağa qoymayıb. Biz dost olmuşuq. "Oxu Məni" çətin günlərin dostudur. Bu qəzetə hörmətim bitməz-tükənməz. Hamınızı təbrik edirəm. Sizlərə geniş OXUcu kütləsi arzulayıram. 15 yaşınız mübarək olsun! Neçə belə gözəl illəri birlikdə çıxaq!

Facebook sosial şəbəkəsi vasitəsilə təbrik edən məşhurlar:

Xalq artisti Faiq Ağayev: - "Oxu Məni" qəzetinin bütün kollektivini 15 illik yubiley münasibətilə səmimi qəlbdən təbrik edirəm! Yeni, gözəl mövzular: məqalələr və daimi OXUcu maraöı və məhəbbətini arzu edirəm! Özəl bayramınız mübarək!

Nura Suri: - "Oxu Məni" qəzeti mənim yaradıcılığımı tez-tez işıqlandırıb. Bu qəzetdə maraqlı yazılar var və arzu edirəm ki, daima belə olsun. Kollektivinizi, rəhbərliyi, həmçinin OXUcularınızı 15 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm!

Leyla Ramazanlı: - Ürəkdən təbrik edirəm! "Oxu Məni" həmişə sənət insanlarına hörmət edir, diqqət ayırır. Mən şahidi olmuşam bunun. Əməkdaşlarınıza xoşbəxtlik arzu edirəm. Həmişə belə reytinqdə birinci qalasınız.

Teleaparıcı və hazırda səhhəti ilə əlaqədar xarici ölkədə müayinə olunan Hacı Nuran: - Təbrik edirəm! Uğurlar daima sizinlə olsun!

Xanım İsmayılqızı: - Uğurlarınız tükənməsin. OXUcu auditoriyanız keyfiyyətli olsun. Ömrünüz uzun, mənalı və dəyərli olsun. Təbrik edirəm.

Əməkdar artist Lalə Məmmədova: - Uğurlar! Cansağlığı! Ən dolğun və pozitiv xəbərlər yer alsın qəzetinizdə. Və ən nəhayət, qələbə xəbərini bizə xəbər verəsiniz! Amin!

Hələlik bu qədər.

Hazırladı: Könül Aypara