
Ruhi xəstədən ailəsinə ağır zərbə
Bu gün saat 12:30 radələrində Xaçmazın Xanlıqoba kənd sakini özünü asıb. Xaçmaz rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Valik Vəlimətovun ANS-in bölgə müxbirinə verdiyi məlumata görə, kənd sakini Mehman İsgəndərov özünü yaşadığı evdən asıb. Onun meyiti ailə üzvləri tərəfindən asılmış halda aşkarlanıb.Hadisə yerinə dərhal hüquq-mühafizə orqanları gedib. Valik Vəlimətovun sözlərinə görə, ilkin araşdırmalar zamanı məlum olub ki, Mehman İsgəndərov ruhu xəstədir. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər