Külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq

Külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq

3 İyul 2013 12:35
Bəyəndim (0) Bəyənmədim (0)
31-34 dərəcə isti gözlənilir

İyulun 4-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məllumata görə,şimal-qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 18-21, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə əsasən səhər və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı ehtimal olunur. Küləkli hava şəraiti müşahidə olunacaq.

Arabir güclənən qərb küləyi müşahidə olunacaq. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 17-22 dərəcə, gündüz 29-34, dağlarda gecə 10-15 dərəcə, gündüz 19-24 dərəcə isti olacaq.

O.M.