Bakıdakı apteklərdən 876 qutu sertifikatsız dərman aşkarlandı

Bakıdakı apteklərdən 876 qutu sertifikatsız dərman aşkarlandı

3 İyul 2013 12:34
Bəyəndim (0) Bəyənmədim (0)

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, nazirliyin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi paytaxtda fəaliyyət göstərən apteklərdə reydlər keçirib. Yasamal rayonu ərazisində 23, Nizami rayonu ərazisində 32 əczazxanaya baxış keçirilib. Yasamal rayonu ərazisindəki apteklərdə haqqında analiz protokolu olmayan sertifikatsız dərmanlar aşkarlanıb. Nizami rayonu ərazisində isə reseptlə satılması vacib olan dərmanların resseptsiz satılması faktı üzə çıxıb. Bu rayon ərazisindəki iki aptekdən 50 qutu, digər 7 aptekdən isə 165 qutu sertifikatsız dərman üzə çıxıb.. İki rayon üzrə 32 aptekdə 876 qutu sertifikatsız dərmanlar aşkarlanıb. Onlardan 671 qutusu Yasamal, 205 qutusu isə Nizami rayonu ərazisindəki apteklərin payına düşür. O.M.İ