İlham Əliyevin böyük qızı üçün özəl gün
Leyla Əliyevanın 27 yaşı olur
Bu gün prezident İlham Əliyevin böyük qızı Leyla Əliyevanın doğum günüdür. Leyla Əliyeva 1986-cı il iyulun 3-də Moskvada anadan olub. O, Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədridir. Qeyd edək ki, Leyla Əliyeva ailəlidir. Prezidentin qızı 2006-cı ildə məşhur iş adamı Araz Ağalarovun oğlu, müğənni Emin Ağalarovla ailə həyatı qurub. Onların Mikayıl və Əli adlı əkiz övladları var.
O.M.
Digər xəbərlər