Tanınmış jurnalist dalaşanları ayırdı, özü bıçaqlandı

Tanınmış jurnalist dalaşanları ayırdı, özü bıçaqlandı

3 İyul 2013 12:04
Bəyəndim (0) Bəyənmədim (0)

2 iyul Beynəlxalq İdman Jurnalistləri günündə Bakıda tanınmış idman jurnalisti Kamal Rza bıçaq yarası alıb. Bu barədə həmkarımızın özü "Facebook" səhifəsində yazıb.O, 18 saylı avtobusda sürücü tərəfindən bıçaqlandığını bildirib: "Avtobusda sürücünün bir sərnişinlə mübahisəsi dava həddinə çatdı və o, bıçaq çıxardı. Qolumu bıçağın qabağına verdim. Nəticədə yaralandım".

Həmkarımız açıqlamasında isə bıçağın dirsəyinə xəsarət yetirdiyini bildirib. O, hazırda vəziyyətinin normal olduğunu əlavə edib.Qeyd edək ki, 18 saylı marşrut avtobusu "Pasaj bazarı"- 9-cu mikrorayon marşrutu ilə hərəkət edir.

O.M.