
Azyaşlı oğlan hovuzda boğularaq ölüb
"Son sutka ərzində bir oğlan uşağının günvurması ilə əlaqədar Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət olunub". Bunu Lent.az--a açıqlamasında stansiyanın baş həkiminin müavini Oqtay Şahmalıyev bildirib.Baş həkimin müavini onu da vurğulayıb ki, ötən gün baş vermiş 2 avtoqəza nəticəsində 3 nəfər yaralanıb. "1 oğlan uşağı isə həyətlərindəki hovuzda boğularaq ölüb"-deyə, O. Şahmalıyev bildirib.
O.M.
Digər xəbərlər