Gəncədə hərbi şəhərcikdə baş vermiş yanğın söndürüldü

Gəncədə hərbi şəhərcikdə baş vermiş yanğın söndürüldü

2 İyul 2013 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, Gəncə şəhəri 38 saylı hərbi şəhərciyində yerləşən iki mərtəbəli, 12 mənzildən ibarət, ümumi sahəsi 500 kvadratmetr olan yaşayış evləri 300 kvadratmetr sahədə yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

O.M.