Sabah hava küləkli olacaq

Sabah hava küləkli olacaq

2 İyul 2013 13:13
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun verdiyi məlumata görə, iyulun 3-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağa bilər. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19-22 dərəcə, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 3-də əsasən səhər və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı ehtimal olunur. Küləkli hava şəraiti müşahidə olunacaq. Arabir güclənən qərb küləyi müşahidə olunacaq. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 18-23 dərəcə, gündüz 30-35, dağlarda gecə 11-16 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq.

O.M.