
Bu gün Azərbaycan Polisinin yaradılmasının 95 illiyidir
Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə yaradılıb. Polis bölüyünün yaranmasından 80 il sonra həmin gün polislərin peşə bayramı kimi qeyd olunmağa başlayıb. Belə ki, Prezident Heydər Əliyevin 24 may 1998-ci il tarixli "Azərbaycan Polisi gününün təsis edilməsi haqqında" fərmanına əsasən iyulun 2-si Azərbaycan Daxili İşlər Orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.
O.M.
Digər xəbərlər