Moskvada türklərlə azərbaycanlılar arasında silahlı dava düşdü

Moskvada türklərlə azərbaycanlılar arasında silahlı dava düşdü

2 İyul 2013 08:31
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvada Azərbaycan və Türkiyə vətəndaşları arasında kütləvi dava düşüb. Apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, dava zamanı travmatik silahdan istifadə edilib. Nəticədə 4 nəfər yaralanıb.

Hadisə dünən günorta saatlarında Moskvanın İzmayılovski Şosse adlanan ərazidə yerləşən kafedə baş verib. Türkiyə vətəndaşına məxsus kafedə baş verən dava zamanı dörd Türkiyə vətəndaşı yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.

Moskva Polis İdarəsinin yaydığı məlumatda isə dava edənlərinin sayının 20 yaxın olduğu bildirilib. Dava edənlərdən 15 nəfəri hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

O.M.