Sabah ölkəmizdə havanın temperaturu 39 dərəcəyədək yüksələcək

Sabah ölkəmizdə havanın temperaturu 39 dərəcəyədək yüksələcək

1 İyul 2013 13:01
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, iyulun 2-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluğunun artacağı gözlənilir. Gün boyu əsəcək cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi əvəz olunacaq Havanın temperaturunun gecə 20-24 dərəcə, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Axşam dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Qərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 34-39, dağlarda gecə 11-16 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq.

Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında arabir güclənəcək şimal küləyinin sürətinin bir qədər artması meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

O.M.