Bakıda zirzəmidə yerləşən kafedə yanğın baş verdi

Bakıda zirzəmidə yerləşən kafedə yanğın baş verdi

1 İyul 2013 10:19
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda 4 mərtəbəli yaşayış binasının zirzəmisində vətəndaş tərəfindən icarəyə götürülmüş ümumi sahəsi 35 kv.m olan kafenin mətbəxində elektrik şiti, 6 p.m elektrik naqilləri yanmış və yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 6 kv.m sahədə ərimişdir. Kafenin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

O.M.