
Günün havası
Ekologiya və
Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün
gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat
xidmətindən verilən məlumata görə, mayın 7-də Bakıda və Abşeron yarımadasında buludlu
hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam yarımadanın bəzi
yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.
Mülayim şimal-qərb küləyi əsəcək. Havanın
temperaturu gecə 11-15 dərəcə isti, gündüz 18-23 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, mayın 7-də
əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə
intensiv lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər
ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın
temperaturu gecə 12-17 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 4-9
dərəcə isti, gündüz 14-18 dərəcə isti təşkil edəcək.
Havanın yağışlı və ya günəşli olmağından asılı olmadan hamınıza yağış damcıları qədər aydın, günəş şüaları qədər parlaq bir gün arzulayırıq.
Günel Həbib
O.M.