Atəşkəs pozulub

Atəşkəs pozulub

11 İyun 2013 09:48
Bəyəndim (0) Bəyənmədim (0)

Cəbhədə vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar, Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Qızıl Oba, Çaylı, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.Düşmən cavab atəşi ilə susdurulub

O.M.