Bulvarda atəşfəşanlıq olacaq

Bulvarda atəşfəşanlıq olacaq

10 İyun 2013 13:30
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Şəhər İcra Hakimiyyəti 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar paytaxtda tədbirlər keçirəcək.


Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, ötən illərdə olduğu kimi, bu il də iyunun 15-də əvvəlcə Dənizkənarı Milli Parkda ölkənin tanınmış müğənnilərinin iştirakı ilə böyük konsert keçiriləcək. Konsertin sonunda isə atəşfəşanlıq olacaq. Tədbirlərin axşam saatlarında keçirilməsi nəzərdə tutulur.

O.M.