Bakıda dönərxana yandı
Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15 kv. m olan dönərxananın tavanı yanıb, yüksək temperaturdan bitişik tikilən ümumi sahəsi 200 kv. m olan ikimərtəbəli evin plastik pəncərəsi qarsalanıb.
Oxumeni.az FHN-in saytına istinadən xəbər verir ki, dönərxananın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 12:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
O.M.
Digər xəbərlər





























































































