Bakının əsas mərkəzi prospektlərindən biri bağlandı
Bu gün səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi porppektlərindən olan Tibilisi prospektinin şəhərə doğru olan istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASAC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin məlumatına görə, prospektin Şəfayət Mehdiyev küçəsi ilə kəsişmədən İzmir küçəsi ilə kəsişməyədək olan hissəsində nəqliyyatın hərəkəti birtərəfli olaraq məhdudlaşdırılıb. Səbəb isə yolun qeyd edilən hissəsində yeni asfalt örtüyünün salınmasıdır. Hazırda ərazidə işlər davam etdirilir.Yol mümkün olan ən yaxın müddətdə sürücülərin istifadəsinə veriləcək.
Qeyd edək ki, bu gün səhər saatlarında hmin istiqamətdən, xüsusi ilə də Moskva prospektindən 20 Yanvar körpüsünə doğru gələn sürücülər çıxılmaz vəziyyətə düşüb. Artıq 3 sata yaxındır ki, 20 Yanvar körpüsü üzərində və ətrafda cəmləşmiş avtomobillər şəhərə daxil ola bilmir.
O.M.

















































































.jpg)
.jpg)
.jpg)








