Həbsxanada ərinə narkotik gətirən qadın yaxalanıb

Həbsxanada ərinə narkotik gətirən qadın yaxalanıb

6 İyun 2013 11:53
Bəyəndim (0) Bəyənmədim (0)

Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb. Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, müəssisədə cəzaçəkən 1979-cu il təvəllüdlü Dəmirov Qalib Zülfi oğlunun görüşünə gəlmiş həyat yoldaşı Dəmirova Asiya Əliheydər qızının gətirdiyi sovqata baxış keçirilib. Bu zaman oradan bükümdə 290 ədəd narıncı rəngli dərman preparatı aşkar edilib.

İlkin məlumata görə, dərman preparatları narkotik vasitə kimi istifadə edilirmiş. Faktla əlaqədar araşdırmalar aparılır.

O.M.