
Səhiyyə Nazirliyinin keçirdiyi imtahanlarda 73 həkim uğur qazanıb
Səhiyyə Nazirliyi praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan mütəxəssislərin növbəti sertifikasiya test imtahanlarının nəticələrini açıqlamışdır. Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, mayın 4-də gigiyena və ümumi cərrahiyyə ixtisasları üzrə imtahanlarda iştirak edən 77 həkimdən 1-i 100 bal toplayaraq ən yüksək nəticə göstərmişdir. Ümumilikdə isə 72 həkim uğur qazanmışdır. Anesteziologiya -reanimatologiya və mama-ginekologiya ixtisasları üzrə imtahanlar mayın 11-də keçiriləcəkdir.
Nədənsə bu imtahanlardan kəsilənlər yoxdur. Əgər həkimlərimiz belə savadlı idilərsə, onda imtahana nə ehtiyac var idi?..
Hafiz Əhmədov
O.M.
Digər xəbərlər