Gilas yığmaq istədi, canından oldu
Göygöl rayonunda bədbəxt hadisə baş verib. Göygöl rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Dünən saat 11 radələrində kənd sakini, 1962-ci il təvəllüdlü Aqil Nəbiyev gilas yığmaq üçün həyətindəki ağaca çıxıb. Onun budağı əymək üçün istifadə etdiyi dəmir boru hündürlükdən keçən yüksək gərginlikli elektrik naqilinə dəyib və A. Nəbiyev cərəyan vurması nəticəsində dünyasını dəyişib. Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.
O.M.
Digər xəbərlər





































.jpg)
.jpg)
.jpg)




















































