Sərhəd yolunda ağır qəza
Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun 14-cü kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. Kanal S xəbər verir ki, Şəki şəhər sakini Ağammədov Qoşqar Namizəd oğlunun idarə etdiyi 99 EA 594 dövlət nömrə nişanlı "Opel Astra" markalı avtomobil yüksək sürətlə hərəkət edərkən anidən idarəetməni itirib. Nəticədə avtomobil 10 metr yoldan kənara aşıb. Hadisə zamanı sürücü xəsarət almasa da, avtomobildə olan sərnişin 1990-cı il təvəllüdlü Şəki şəhər sakini Mustafayev Mustafa Ağalar oğlu xəsarət alıb. Yaralı dərhal təcili tibbi yardım stansiyasına çatdırılıb.
Onun vəziyyəti stabil qiymətləndirilir. Hadisə ilə əlaqədar araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.
O.M.
Digər xəbərlər

























































.jpg)


.jpg)
.jpg)
.jpg)





























