30 dərəcə isti olacaq

30 dərəcə isti olacaq

4 İyun 2013 13:22
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır

İyunun 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin buludlu və yağmursuz olacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, şimal küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-20, gündüz 26-30 dərəcə isti olacaq.

Sabah Azərbaycanın bölgələrində də əsasən yağmursuz hava şəraiti gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 16-21, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.

İyunun 6-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

O.M.