Zaqatalada evi ildırım vurub

Zaqatalada evi ildırım vurub

4 İyun 2013 11:03
Bəyəndim (0) Bəyənmədim (0)

Zaqatalada evi ildırım vurub.Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Yanğından Mühafizə Hissəsindən Apa-nın Şəki-Zaqatala bürosuna verilən məlumata əsasən, ötən axşam rayon ərazisində keçən qeyri-sabit hava şəraiti nəticəsində Zaqatala şəhər sakini Ramazanov Afdandil Hüseyn oğluna məxsus, ümumi sahəsi 40 kv/m olan birmərtəbəli 2 otaqlı evi ildırım vurub.

Nəticədə evin çardaq hissəsində yanğın baş verib. Hadisə yerinə Zaqatala rayon YMH-nin canlı qüvvəsi və texnikası cəlb edilib.

Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları 2 kv/m sahədə yanıb.Evin qalan hissəsi yanğından mühafizə olunub.

O.M.