Qəssab bu dəfə özünü "kəsdi"

Qəssab bu dəfə özünü "kəsdi"

4 İyun 2013 10:08
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Bakının Bakıxanov qəsəbəsində qanlı hadisə baş verib. 1989-cu il təvəllüdlü Əliyarov Davud Həsrət oğlu qəssab işlədiyi ət dükanında naməlum şəraitdə bıçaqlanıb. Hadisədən sonra yaralı ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən əməliyyat olunan Davud Əliyarovun həyatı xilas edilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə və 13-cü polis bölməsinə məlumat verilib. Qeyd edək ki, yaralanan zaman sərxoş vəziyyətdə olan Davud ilkin izahatı zamanı polislərə onu heç kimin bıçaqlamadığını, xəsarəti isə əsəbləşdiyi üçün özü-özünə yetirdiyini bildirib. Hazırda polis əməkdaşları Davud Əliyarovun ifadəsinin doğru olub-olmadığın müəyyən etmək üçün araşdırmalarını davam etdirirlər.

O.M.