Ruhi xəstə özünü öldürdü (Yenilənib)
Ötən axşam saat 17:30 radlərində Bakının Suraxanı rayonunda dəhşətli intihar hadisəsi baş verib. Suraxanı rayon Polis İdarəsindən Vesti-yə verilən məlumata görə, 43 yaşlı qadın özünü qardaşı evində öldürüb. Qadın özünü 4-cü mərtəbədən atıb. Deyilənlərə görə, bu yaxınlarda qadının əri ölübmüş və o, 3 azyaşlı övladı ilə çarsiz olub. Qadın bu səbəbdən depresiyay düşüb. Qadının qardaşı onu evlərinə apararaq müalicə etdirmək istəyib. Lakin qadın axşam çağı özünü hündürlükdən atıb.
****
İyunun 3-də Bakı şəhərinin Suraxanı rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, Hövsan qəsəbəsində yaşayan Qəbələ rayon sakini 1970-ci il təvəllüdlü Abdullayeva Mətanət Xeyrəddin qızı özünü asıb. M.Abdullayevanın ruhi-əsəb xəstəsi olduğu bildirilir.
O.M.





























































































