Dəmiryol stansiyasında 31 yaşlı qadını vəhşicəsinə döydülər

Dəmiryol stansiyasında 31 yaşlı qadını vəhşicəsinə döydülər

3 İyun 2013 12:30
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 2-si saat 17:00 radələrində Bakının Xəzər rayonu ərazisindəki dəmiryol stansiyasında 31 yaşlı qadını vəhşicəsinə döyüblər. Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Zirə-Dübəndi stansiyasında baş verib. 1982-ci il təvəllüdlü Vəsilə Cəfərova adı məlum olmayan şəxs tərəfindən möhkəm döyülüb. Qadın kəllə-beyin travması alıb. Onu xəstəxanaya yerləşdiriblər.Faktla bağlı araşdırma aparılır.

O.M.