Ermənilər Qazaxı atəşə tutub

Ermənilər Qazaxı atəşə tutub

3 İyun 2013 09:28
Bəyəndim (0) Bəyənmədim (0)

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində və Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tovuz rayonunun Qaralar kəndi yaxınlığında yerləşən mövqelərimizi atəşə tutub.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qaraxanbəyli, Qorqan, Ağdam rayonunun Yusifcanlı, Qaraqaşlı, Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

O.M.