Ermənilər Azərbaycan Ordusunun mövqelərini cəbhənin bütün istiqamətlərində atəşə tutublar

Ermənilər Azərbaycan Ordusunun mövqelərini cəbhənin bütün istiqamətlərində atəşə tutublar

1 İyun 2013 09:46
Bəyəndim (0) Bəyənmədim (0)

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qorqan, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Tərtər rayonunun Göyarx, Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

O.M.