
Yerə ən yaxın məsafədən asteroid keçəcək
ABŞ Aviasiya və Kosmos Dairəsi NASA səlahiyyətliləri noyabr ayında, 55 milyon ton ağırlığında bir asteroidin dünyanın yalnız 323 min kilometr uzağından keçəcəyini açıqlayıb. Elm adamlarının fikrincə, "YU 55" adlı bu asteroid dünya ilə toqquşarsa, 65 min atom bombasına ekvivalent bir təsir ola biləcək. NASA səlahiyyətliləri asteroidin dünya üçün hər hansı bir təhlükə təşkil etmədiyini də bildiriblər. Həmin asteroid bu zamana qədər dünyaya ən yaxın məsafədən keçən ən böyük cisim olacaq.
Asteroidin yerdəki problemlərdən xəbəri olsa, yəqin ki heç yaxınlaşmaz...
Tofiq Əliyev
O.M.
Digər xəbərlər