İşğal altında olan Krım tamamilə elektriksiz qalıb

İşğal altında olan Krım tamamilə elektriksiz qalıb

18:18
Bəyəndim (0) Bəyənmədim (0)


Krımda elektrik kəsintisinin yarımadanın xaricində baş verən qəza səbəbindən baş verdiyi iddia edilir.

Müvəqqəti işğal altında olan Krım yarımadanın xaricində baş verən qəza səbəbindən tamamilə elektriksiz qalıb. Bu barədə işğalçı şirkət Sevastopolenergo-nun mətbuat xidməti 26 noyabr Cümə axşamı günü məlumat verib.

"Bölgəmizin xaricindəki elektrik qurğularında baş verən qəza səbəbindən Sevastopol elektriksiz qalıb. Vəziyyət normallaşana qədər, zərərin qarşısını almaq üçün elektrik cihazlarını şəbəkədən ayırın. Enerji şirkətləri mümkün qədər tez bir zamanda elektrik enerjisini bərpa etmək üçün bütün lazımi tədbirləri görür. Daha sonra əlavə dəyişiklikləri elan edəcəyik", - deyə məlumatda bildirilir.

İşğal altında olan dövlətin nəzarətində olan Krımenergo həmçinin yarımadanın xaricində baş verən qəza səbəbindən Krımda elektrik kəsintisinin baş verdiyini bildirib.

Əziz MUSTAFA