Misirdə yanacaq tankerində baş verən yanğın nəticəsində 30 nəfər həlak olub, 15 nəfər yaralanıb

Misirdə yanacaq tankerində baş verən yanğın nəticəsində 30 nəfər həlak olub, 15 nəfər yaralanıb

09:09
Bəyəndim (1) Bəyənmədim (0)

Misirin Giza şəhərində neft məhsulları daşıyan yanacaq tankeri alovlanıb. İlkin məlumatlara görə, 30 nəfər ölüb, 15 nəfər yaralanıb. Bu barədə Anadolu Agentliyi Misir Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Yanğın Əl-Varraq rayonundakı dairəvi yolda yerləşən yol ötürücüsündə baş verib. Hadisə yerinə 39 təcili yardım maşını göndərilib. Yaralılar müxtəlif xəstəxanalara aparılıb.

Səhiyyə naziri Xalid Əbdül Qaffar bölgədəki xəstəxanaların yüksək hazırlıq vəziyyətinə gətirilməsini əmr edib.

Misir hökumətinin məlumatına görə, Sosial Həmrəylik naziri Maya Mursi yanğın yerinə nəzarət edir. O, sosial təminat işçilərinə, Giza Sosial Həmrəylik İdarəsinə və Misir Qızıl Ayparasına hadisə yerinə gedib zərərçəkənlərə kömək etməyi tapşırıb.

Dövlət qəzeti "Əl-Əhram"ın məlumatına görə, mülki müdafiə xilasediciləri yanğını söndürüblər. Polis yolu bağlayıb və nəqliyyatın hərəkətini dəyişdirib.

Yanğının səbəbi hələlik müəyyən edilməyib.

Əziz MUSTAFA