Aviasiya həyəcanı: 120 sərnişini olan təyyarə təcili eniş edib
ABŞ-nin aviasiya sektorunda növbəti fövqəladə hadisə qeydə alınıb. "American Airlines" aviaşirkətinə məxsus, göyərtəsində 120 nəfərin olduğu sərnişin təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra yaranan texniki nasazlıq səbəbindən geri qayıtmağa məcbur olub.
Hadisə noyabrın 19-da Arizona ştatının Finiks şəhərindəki "Sky Harbor" Beynəlxalq Hava Limanında baş verib.
Məlumata görə, Portlend istiqamətində uçan AA3230 saylı reys havaya qalxdıqdan az sonra arxadan gələn başqa bir təyyarənin ekipajı həmin təyyarənin mühərriklərindən birində alov müşahidə edib. Eyni zamanda, təyyarədən maye sızması ehtimalı barədə hava hərəkətini idarəetmə xidmətinə məlumat ötürülüb.
Dispetçerlərin xəbərdarlığından sonra "American Airlines" təyyarəsinin pilotları hidravlik sistemdə nasazlıq yarandığını təsdiqləyib və dərhal hava limanına qayıtmaq qərarına gəliblər.
Vəziyyətin ciddiliyini nəzərə alan ekipaj üç dəfə beynəlxalq təhlükə siqnalı ("Mayday") verib. Pilotlar yanacağı havada sərf etməmək üçün əlavə vaxt itirmədən birbaşa eniş etməyə üstünlük veriblər. Təyyarə havaya qalxdıqdan təxminən 20 dəqiqə sonra Finiks hava limanına uğurla eniş edib. İlkin məlumatlara görə, hadisə zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, son günlər ABŞ-də aviaşirkətlər, banklar və müxtəlif rəqəmsal xidmətlərdə ard-arda texniki nasazlıqların baş verməsi diqqət çəkir. Bu son insident də ölkədə texniki təhlükəsizlik və infrastrukturun etibarlılığı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Bununla belə, təyyarədəki nasazlığın ölkədəki digər texniki problemlərlə əlaqəli olduğuna dair hələlik rəsmi təsdiq yoxdur. Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.
Şahmurad













.jpg)




.jpg-1.jpg)
.jpg-1.jpg)
.jpg-1.jpg)
.jpg)























































.jpg)















