Sürücülük vəsiqəsi olmayan yeniyetmənin polis əməkdaşlarının "saxla" əmrinə tabe olmayaraq qaçması zəncirvari yol-nəqliyyat hadisəsinə səbəb olub
Türkiyənin Çorum şəhərində sürücülük vəsiqəsi olmayan 16 yaşlı yeniyetmənin polis əməkdaşlarının "saxla" əmrinə tabe olmayaraq qaçması zəncirvari yol-nəqliyyat hadisəsinə səbəb olub. Hadisə zamanı biri xidməti polis avtomobili olmaqla ümumilikdə 4 nəqliyyat vasitəsinə ziyan dəyib, 4 nəfər isə xəsarət alıb.
Hadisə şəhərin Ekin küçəsində polis əməkdaşlarının həyata keçirdiyi təhlükəsizlik yoxlamaları zamanı baş verib. Yoxlama məqsədilə 16 yaşlı İ.K.-nın idarə etdiyi minik avtomobilinə "saxla" işarəsi verilib. Lakin sürücülük hüququ olmayan yeniyetmə əmrə məhəl qoymayaraq ərazidən uzaqlaşmağa çalışıb.
Polislərin təqibinə baxmayaraq sürətini azaltmayan İ.K., Gülabibey məhəlləsindəki park yaxınlığında əvvəlcə onu təqib edən xidməti polis avtomobilinə, daha sonra isə yolda hərəkətdə olan başqa bir minik maşınına çırpılıb.
Toqquşmalardan sonra da hərəkətini davam etdirən yeniyetmə idarəetməni tamamilə itirib. Nəticədə o, hərəkətdə olan digər avtomobillərə çırpılaraq dayanıb.
Baş verən zəncirvari qəzalar nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 4 nəfər dərhal xəstəxanaya yerləşdirilib. Faktla bağlı Çorum polis idarəsi tərəfindən araşdırma aparılır.
Şahmurad



























.jpg)


.png-1.png)



















.jpg)
.jpg)












































