Antisanitar otaqda yaşayan 16 vəhşi uşağın anası yenidən hamilə qalıb

Antisanitar otaqda yaşayan 16 vəhşi uşağın anası yenidən hamilə qalıb

13:03
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da tək otaqda dəhşətli şəraitdə yaşayan 16 uşağın anası Elizabeth Siders yenidən hamilə qalıb. Oxuməni.az xəbər verir ki, bu barədə WOUB Public Media məlumat yayıb.

Uşaqların anası, atası və nənə-babaları həbs olunub və uşaqların həyatını təhlükəyə atmaqla bağlı bir neçə ağır cinayətdə ittiham olunublar. Elizabeth Siders məhkəmə qarşısına çıxmaq üçün səlahiyyətli hesab edilib, lakin onun vəkili ikinci dəlilik müayinəsi tələb etməyi planlaşdırır. O, həmçinin müvəkkilinin yenidən hamilə qaldığını bildirib, lakin əlavə məlumat verməyib.

Uşaqların nənəsi Kristina Sayders məhkəmə qarşısına çıxa bilməyən şəxs kimi tanınıb. Ona həmçinin demensiya diaqnozu qoyulub. O, müalicəyə göndəriləcək və əgər onun qabiliyyəti bərpa olunarsa, məhkəmə qarşısına çıxacaq. Onun əri Qari Sayders də yüngülağıl hesab edilib. Elizabet Saydersin əri də psixi müayinədən keçiriləcək.

Polis Ohayo ştatının Hamden şəhərində 18 aydan 18 yaşa qədər vəhşi uşaqlar aşkar edib. Onlar 13 kvadratmetrlik otaqda yemək və su olmadan saxlanılıblar. Otaqda çoxlu miqdarda bakteriya və insan nəcisi aşkar edilib. 18 yaşlı qız da daxil olmaqla, bəzi uşaqlar danışa bilməyib. İki azyaşlı təcili olaraq xəstəxanaya yerləşdirilməli olub. Uşaqlardan biri süni tənəffüs aparatında reanimasiyadadır.

Əziz MUSTAFA