İspaniya hakimiyyəti 68 nəfərin öldüyü qatar qəzasının ilkin səbəbini açıqlayıb
İspaniyada ən azı 68 nəfərin ölümü ilə nəticələnən iki yüksəksürətli qatarın toqquşmasına idarəetmə mərkəzinin işində baş vermiş nasazlıq səbəb olmuş ola bilər. Oxuməni. az BBC-yə istinadla xəbər verir ki, bu barədə nəqliyyat naziri Oskar Puente bildirib.
Söhbət avtomatlaşdırılmış LZB sistemindən gedir. Nazirin sözlərinə görə, sistem yerli vaxtla təxminən saat 8:30-da “şəbəkə kompüterləri arasında əlaqənin pozulması” səbəbindən fəaliyyətini dayandırıb. Sistemin sıradan çıxması bütün qatarların, o cümlədən qəzanın baş verdiyi istiqamətdə hərəkət edən qatarların avtomatik dayanmasına səbəb olub.
Daha sonra həmin sahənin idarəçiliyi Atoça vağzalındakı dispetçerlərə keçib. Elə orada idarəetmə mərkəzi toqquşan qatarlardan birinə hərəkəti “normal rejimdə” davam etdirməyə icazə verib. Puente bu qərarı “izaholunmaz” adlandırıb, lakin əlavə edib ki, “nəticələr istintaq tərəfindən çıxarılmalıdır”.
O qeyd edib ki, qüvvədə olan qaydalara və “Adif” şirkətinin daxili protokollarına əsasən, qatar hərəkəti adi rejimdə davam etdirməməli idi. Çünki sahə stansiyanın girişində dayanmış “Iryo” operatoruna məxsus qatar tərəfindən tutulmuşdu və svetoforun siqnalı sonrakı hərəkəti qadağan edirdi.
Bu arada Mülki Qvardiyanın əməkdaşları və Dəmir Yolu Hadisələrinin Araşdırılması Komissiyasının (CIAF) texniki ekspertləri toqquşma zamanı Madrid–Sevilya yüksəksürətli dəmir yolu xəttində hərəkətə cavabdeh olan dispetçeri artıq dindiriblər.
Dəmir yolu qəzası oktyabrın 28-i səhər İspaniyanın Toledo əyalətinin Urda ərazisində, Madrid–Sevilya yüksəksürətli xəttində baş verib. Yerli vaxtla təxminən saat 8:54-də iki qatar toqquşub. Onlardan birində — “Iryo” qatarında — 146 sərnişin və bir körpə, “Renfe” şirkətinə məxsus AVE qatarında isə 397 sərnişin olub. Toqquşma nəticəsində iki vaqon dəmir yolu bəndindən aşağı düşüb.
Qəzadan dərhal sonra hakimiyyət orqanları təxminən 10 nəfərin öldüyünü bildirmişdi, lakin ölənlərin sayı sürətlə artıb. Daha sonra “Antena 3” telekanalı 39, “ABC News” isə 46 nəfərin öldüyünü açıqlayıb. Son məlumatlara görə, ən azı 68 nəfər həyatını itirib. Qurbanların sayı arta bilər: xilasedicilər hələlik ən çox zədələnmiş vaqonlara çata bilməyiblər. Həmin vaqonlarda insanların bloklanmış vəziyyətdə qalması mümkündür.
“El País” qəzeti daha əvvəl mənbələrə istinadən yazıb ki, toqquşmaya sistemdə baş vermiş nasazlıq fonunda insan səhvi səbəb ola bilər. Lakin nəşrin məlumatına görə, söhbət siqnalizasiya sistemindən gedirdi və həmin sistem sıradan çıxdıqdan sonra qatarların hərəkətinə nəzarət avtomatik rejimdən manual rejimə keçib.
Almaz Həsənli


























.jpg)



















.jpg)
.jpg)
.jpg)





























.jpg)















