İspaniyada qatar toqquşması nəticəsində ən azı 46 nəfər həlak olub, çoxlu sayda yaralılar var

İspaniyada qatar toqquşması nəticəsində ən azı 46 nəfər həlak olub, çoxlu sayda yaralılar var

15:18
Bəyəndim (1) Bəyənmədim (0)

İspaniyanın mərkəzində iki sərnişin qatarı toqquşub. Təcili yardım xidmətləri ən azı 46 ölüm hadisəsi barədə məlumat verib, şoxaylı yaralılar var. Oxuməni.az xəbər verir ki, bu barədə ABC News məlumat yayıb. Yerli hakimiyyət orqanları bunu "çox sayda itki ilə nəticələnən çox ciddi qəza" adlandırıb.

Toqquşmada Madriddən Sevilyaya gedən qatar və özəl yüksək sürətli dəmir yolu operatoru İryo tərəfindən idarə olunan qatar iştirak edib. İspaniya Nəqliyyat Nazirliyinin sözçüsünün sözlərinə görə, nəticədə dörd vaqon relsdən çıxaraq aşıb.

Qəza Madrid-Andalusiya yüksək sürətli dəmir yolu xəttində hərəkətin dayanmasına səbəb olub. Qəzanın mümkün səbəbi insan səhvidir. ABC-nin məlumatına görə, əsas siqnal sistemindəki nasazlığı təmir edən dövlət şirkətinin işçisi AVE qatarını yaxınlaşan İryo qatarı barədə xəbərdar edə bilməyib. Hadisə yerinə səkkiz yanğınsöndürmə briqadası və səkkiz təcili yardım maşını göndərilib. Həmçinin fəlakətə cavab qrupu da səfərbər edilib.
Əziz MUSTAFA