Çempionlar Liqası matçı zamanı "Mançester Yunayted" kapitanının evi qarət edilib
"Mançester Yunayted"in yarımmüdafiəçisi və kapitanı Bruno Fernandesin Çeşirdəki evi komanda Çempionlar Liqasında Komo (1-4) ilə oynayarkən qarət edilib.
Oxuməni.az xəbər verir ki, bu barədə The Athletic məlumat yayıb. Nəşrin məlumatına görə, üç maskalı kişi təxminən saat 20:30-da portuqaliyalı yarımmüdafiəçinin mülkünə soxulub. Oğrular dizayner zərgərlik əşyaları da daxil olmaqla bir neçə əşyanı oğurlayıblar. İlkin məlumatlara görə, onlar təxminən beş dəqiqə evdə olublar.
Futbolçunun ailəsi soyğun zamanı evdə olmayıb. Qonşular yaxınlıqdakı evin bağçasında üç naməlum şəxsi görüb polisə zəng etsələr də, şübhəlilər hüquq-mühafizə orqanları gəlməmişdən əvvəl qaçıblar. Polis hadisəni araşdırır və hadisə ilə bağlı şəxslərin kimliyini müəyyən etməyə çalışır.
2026/27 mövsümündə Fernandes "Mançester Yunayted" və Portuqaliya milli komandasında bütün yarışlarda 14 oyun keçirib, dörd qol vurub və üç məhsuldar ötürmə edib. Yarımmüdafiəçi həmçinin üç sarı vərəqə alıb.
Əziz MUSTAFA











































.jpg)














.jpg)




































