Çində güclü zəlzələ baş verib: ölən və yaralananlar var
22 oktyabr Cümə axşamı günü Çinin Tibet bölgəsində 7.0 bal gücündə güclü zəlzələ baş verib.
Oxuməni.az xəbər verir ki, bu barədə Reuters agentliyinin məlumatında deyilir. İlkin xəbərlərə görə, ən azı 16 nəfər ölüb, 32 nəfər yaralanıb..
Seysmoloqların məlumatına görə, yeraltı təkanlar yerli vaxtla axşam saatlarında qeydə alınıb. Zəlzələnin episentri Tibetin paytaxtı Lhasadan təxminən 390 kilometr şimal-şərqdə dağlıq ərazidə yerləşir.
Zəlzələnin episentri təxminən 10 kilometr dərinlikdə yerləşib. Dayaz dərinliyə malik olduğuna görə, yeraltı təkanlar episentrin yaxınlığında ciddi ziyana səbəb ola bilərdi. Fəlakət bölgəsində binalara ziyan dəyib, lakin zərərin dəqiq miqyası hələlik məlum deyil. Dövlət mediasının məlumatına görə, yerli yanğınsöndürmə və xilasetmə qrupları səfərbər edilib və təsirlənmiş bölgəyə gedir. Tibet seysmik cəhətdən aktiv bölgədir və müntəzəm olaraq güclü zəlzələlər baş verir.
Əziz MUSTAFA


































.jpg)














.jpg)














































