Hindistanda bir bəbir evə girərək altı nəfəri yaralayıb
Hindistanın Çhattisqarh əyalətində bir bəbir evə girərək bir ailənin altı üzvünə hücum edib. Oxuməni.az xəbər verir ki, bu barədə The Times of India qəzeti 5 oktyabrda məlumat yayıb.
Hadisə axşam saatlarında Mahasamund rayonunun bir kəndində baş verib. Hücumdan sonra ailə heyvanı otaqlardan birində kilidləməyi bacarıb.
Polis, meşə təsərrüfatı və xilasetmə işçiləri hadisə yerinə gəliblər. Bəbir sakitləşdirilib və evdən çıxarılıb.
Altı qurbanın hamısı xəstəxanaya yerləşdirilib. Nəşrin məlumatına görə, onlardan üçünün ağır xəsarət aldığı bildirilir.
The Times of India qəzeti qeyd edir ki, bir gün əvvəl yaxınlıqdakı meşədə bir kişiyə bəbir hücum edib. Söhbət eyni heyvandan gedirmi, hələlik məlum deyil.
Əziz MUSTAFA
Digər xəbərlər

























.jpg)




































































