Afinanın mərkəzində partlayış baş verib, bina çöküb, bir nəfər yaralanıb
Afinanın mərkəzindəki Plaka turizm rayonunda partlayış baş verdi, nəticədə iki mərtəbəli bina qismən çökdü. Yoldan keçən şəxs yaralandı.
Afinanın mərkəzindəki Plaka rayonunda, Akropol və Zevs Məbədi yaxınlığında iki mərtəbəli binada partlayış baş verdi. Partlayışdan sonra binanın bir hissəsi çöküb.
Oxuməni.az xəbər verir ki, bu barədə Reuters-in məlumatında deyilir. İlkin məlumatlara görə, səbəb qaz sızması ola bilər. Polis yaxınlıqdakı binada ilişib qalmış iki qadının xilas edildiyini bildirdi. Yoldan keçən şəxs də yaralanıb.
Daha əvvəl Yunanıstanda Akropol arxeoloji kompleksinin girişində bıçaqlı hücum baş vermiş, nəticədə iki turist yaralanmışdı.
Əziz MUSTAFA
Digər xəbərlər































































































