Yeniyetmə qız Sankt-Peterburqda yanacaqdoldurma məntəqəsini yandırıb
Sankt-Peterburqun Paraşutnaya küçəsində yanacaqdoldurma məntəqəsini yandıran yeniyetmə qız saxlanılıb. Terrorizmlə bağlı cinayət işi açılıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, məktəbli qız "Daivinçik" Telegram kanalında yeni tanışından aldığı əmrlər əsasında hərəkət edib. Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Şimal Paytaxtı üzrə Baş İstintaq İdarəsinin yaydığı məlumatda deylir.
14 yaşlı qıza qarşı Rusiya Cinayət Məcəlləsinin 205-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi açılıb... Müstəntiq hadisə yerinə baxış keçirib, maye şüşələri götürüb və hadisənin bütün hallarını müəyyən etmək məqsədilə bir sıra istintaq hərəkətləri aparır.
Cinayət çərşənbə, 23 sentyabr tarixində baş verib. Qeyd olunur ki, qız birinci yanğını törətdikdən və gəncin mesajda göstərdiyi ikinci ünvana getdikdən sonra saxlanılıb. Məktəbli qızın məhkəməyəqədər həbsi barədə qərar tezliklə veriləcək.
Əziz MUSTAFA
































































































