İspaniyada ralli faciəsi: Qəza nəticəsində 48 yaşlı sürücü həlak olub, daha iki nəfər ağır yaralanıb

İspaniyada ralli faciəsi: Qəza nəticəsində 48 yaşlı sürücü həlak olub, daha iki nəfər ağır yaralanıb

09:03
Bəyəndim (1) Bəyənmədim (0)


23 avqust bazar günü İspaniyanın Qalisiya şəhərində keçirilən regional ralli çempionatının üçüncü turu zamanı ölümcül qəza baş verib.

Oxuməni.az xəbər verir ki, bu barədə Mundo Deportivo-nun məlumatında deyilir. Pijo ləqəbi ilə tanınan 48 yaşlı sürücü Jesus Lopez Forvin RS23 avtomobilinin idarəetməsini itirib, park edilmiş avtomobilə, daha sonra binanın divarına çırpılıb.

Güclü zərbə sürücünün avtomobilinin alovlanmasına səbəb olub və Lopez dərhal ölüb. Toqquşmada daha iki nəfər, digər avtomobilin sürücüsü və tamaşaçı yaralanıb. .Yaralıların hər ikisi müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Təşkilatçılar yarışı vaxtından əvvəl ləğv ediblər və avtoidman üzrə digər peşəkarlar mərhumun ailəsinə başsağlığı veriblər.

Xesus Lopes karyerası boyunca təpəyə dırmanmadan tutmuş ralli sprintlərinə və slalom yarışlarına qədər müxtəlif idman növlərində uğurla yarışıb.

Əziz MUSTAFA