Avtobus və yük maşını toqquşub, 23 nəfər ölüb

Avtobus və yük maşını toqquşub, 23 nəfər ölüb

11:23
Bəyəndim (1) Bəyənmədim (0)

Braziliyanın Parana əyalətində avtobus və yük maşını toqquşub, nəticədə 23 nəfər ölüb, 4 nəfər yaralanıb. Oxuməni.az xəbər verir ki, bu barədə Parana əyalət polisinin hadisə ilə bağlı açıqlamasında deyilir. Məlumata görə, qəza Parana əyalətinin İmbituva şəhərindəki BR-373 magistral yolunda baş verib. Via Araucaria avtomobil yolu operatorunun açıqlamasında bildirilir ki, hələlik müəyyən edilməmiş səbəbdən avtobus və yük maşını toqquşub.

Məlumatdan sonra əraziyə çoxsaylı heyət göndərilib və qəzada 23 nəfərin öldüyü, 4 nəfərin yaralandığı açıqlanıb. Yerli medianın məlumatına görə, qəza yük maşınının qarşıdakı hərəkətə keçərək avtobusla toqquşması nəticəsində baş verib. Zərbənin gücündən avtobusda olan bir çox insan ölüb, yaralı dörd nəfər yaxınlıqdakı xəstəxanalara aparılıb.

Federal Yol Polisindəki mənbələrə əsaslanan məlumatlara görə, qəzaya düşən avtobus İmbituva Bələdiyyə Səhiyyə Katibliyinə məxsus olub. Avtobusun xəstələri yerli tibb müəssisələrinə daşıdığı və qəza ilə bağlı araşdırma başlandığı məlum olub.

Əziz Mustafa