
Gülər Əhmədovanın ürəyinin EXO-kardioqram olunması üçün istintaq təcridxanasının rəisinə müraciət edilib
Vəkil Əfsər Talıbov hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşüb.Bu barədə məlumat verən Ə. Talıbov bildirib ki, G. Əhmədova ürək ağrılarından əziyyət çəkir: "Onun ürəyinin EXO-kardioqram olunması üçün Bakı İstintaq Təcridxanasının rəisi Azər Seyidova müraciət etmişəm".Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
O.M.
Digər xəbərlər