Abituriyentlər, qabiliyyətinizi göstərməyin vaxtı gəlib çatdı
Mayın 1-dən ali və orta ixtisas təhsili müəssisələrində qabiliyyət imtahanına qeydiyyat başlayacaq. Bu barədə Oxumeni.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. Abituriyentlər gələn ayın 20-dək qeydiyyatdan keçməlidirlər.Ali təhsil müəssisələrinə ərizələrin təsdiqi də mayda yekunlaşacaq. Belə ki, abituriyentlər mayın 17-dək ərizələrini təsdiq etdirməlidirlər. Qeyd edək ki, universitetlərə ərizə qəbulu aprelin 9-dan mayın 15-dək, ərizələrin təsdiqi isə aprelin 15-dən mayın 17-dək davam edəcək.
O.M.
Digər xəbərlər